Arxiv
20 Fevral 2020, 16:24 | AKTUAL
Azərbaycana gətirilən qidalarda nöqsanlar aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib. Sınaq nəticələrinə əsasən, bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib. 

 

Belə ki, Rusiya Federasiyasından idxal olunmuş “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.

Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır.

Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29 Ailəsində 3 koronaviruslu xəstəni sağaldan həmyerlimiz 29 mart 2020, 21:18 Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib 29 mart 2020, 20:47 Fonda 93 milyon 157 min 335 manat toplandı 29 mart 2020, 20:37 Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı: 9217 yoluxma var 29 mart 2020, 20:26