Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
Modern.az xəbər verir ki, müraciətdə həmin dairədən qeydə alınan namizədlər Fərhad Mehdiyev, Toğrul İsmayılov, Rəşid Həsənovun iddiaları ifadə olunub.
Namizədlər müraciət edərək, bildiriblər ki, seçki dairəsinin bir çox məntəqələrində qanun pozuntuları qeydə alınıb. MSK-nın araşdırması nəticəsində məlum olub ki, seçki dairəsininin məntəqələrində seçicilərin iradəsinə zidd pozuntuların olduğu təsdiqini tapmayıb.
Beləliklə, ekpert qrupunun rəyi ilə iddiaçıların müraciəti təmin edilməyib.
Qeyd edək ki, 21 saylı Nəsimi birinci Seçki Dairəsindən qalib namizəd Məlahət İbrahimqızıdır.