Modern.az

MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR

MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR

21 Fevral 2020, 18:35

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, namizəd müraciətində səsvermə günü dairədə pozuntuların olduğunu iddia edib.

 

Araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

 

MSK-nın ekpert qrupunun rəyi əsasında 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrinə görə bu dairədən lider namizəd Kəmaləddin Qafarovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi