Modern.az

Şəhid xanımı, Milli Qəhrəman, Diaspor rəhbəri Ümumavropa Qarabağ mitinqi barədə: Hər kəsin borcudur

Şəhid xanımı, Milli Qəhrəman, Diaspor rəhbəri Ümumavropa Qarabağ mitinqi barədə: Hər kəsin borcudur

Diaspor

22 Fevral 2020, 16:08

Bu dəqiqələrdə Berlində Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı Ümumavropa Qarabağ mitinqi başlayıb.

 

Müşahidəçilər hesab edir ki, imkanı olan bütün azərbaycanlılar belə aksiyalarda iştirak etməlidir.

 

 

 

Azərbaycanın Milli Qəhrəmanı Maaşallah Abdullayev:

 

“Qarabağın, Xocalının adı gələndə hamımız ayaq üstə qalxmalıyıq. Qarabağ boyda dərdimiz var, bu məsələdə iqtidar-müxalifət söhbəti lazım deyil. Hamı çəkici bir yerə vurmalıdır”.

 

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova:

 

 

“Bu mitinq artıq ikinci ildir ki, keçirilir. Xocalı faciəsinin ildönümü ərəfəsində Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlıların belə bir aksiyaya qoşulması və bizim ümummilli faciəmiz ətrafında birləşməsi vacib məsələdir. Harada olmasından asılı olmayaraq hamının ümumi nöqtədən çıxış etməsi dünyaya mesajdır.

Bizim bir amalımız var, azərbaycançılıq, Azərbaycan faciələrini, həqiqətlərini dünyaya tanıtmaq, gec də olsa, başımıza dəhşətli faciələrin günahkarlarının  cəzalandırılması.

Xocalı soyqırımının artıq 28-ci ildönümüdür. Bu faciə müasir dünyada insanlıq tərəfindən tanınmalıdır, bütün insanlar rəy bildirməlidir.

Güman edirəm ki, xaricdə yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan insanlarımız orada birləşəcəklər. Azərbaycanın səsinə səs verəcəklər. Onlar eyni zamanda dünyaya bir mesaj verəcəklər. Xocalı faciəsi insanlığın faciəsidir. Biz Xocalını hər gün yad etməliyik, bu faciə haqqında hər yerdə danışmalıyıq. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mövqe ayrı-seçkiliyi ola bilməz. Bu sosial problem deyil, milli problemdir. Biz bir şəhid ailəsiyik, qəhrəman ailəsiyik, yurd-yuvası dağılmış insanları təmsil edirik. Burada mövqe bir olmalıdır ki, nəticəyə gəlinsin”.

 

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov: “Bu məsələ tək könüllülük məsələsi deyil. Bu, hər kəsin vətəndaşlıq borcudur. Hər bir insanın öz dövləti, vətəni qarşısındakı borcudur. Burada hamı iştirak etməlidir. Deməyə ehtiyac yoxdur ki, gəlməyənlər də var. Gəlməyənlər də bilsin ki, bu, könüllülük məsəsləsi deyil. Bu, vacib və məcburi xarakter daşıyan bir məsələdir”.

 

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Ötən il də Xocalı faciəsinin ildönümü ərəfəsində mitinq oldu. Hesab edirəm ki, müsbət bir hadisədir. Heç kəs buna qarşı çıxmamalıdır. Partiya mənsubiyyətindən, ideyasından asılı olmayaraq, hər kəs iştirak etməlidir. Bildiyimə görə, keçən ilkindən də geniş şəkildə iştirak olacaq və bizim tanıdığımız adamlar da Avropanın müxtılif ölkələrindən bu tədbirə qoşulacaq.

Dəfələrlə demişik, ötən il yayda Avropaya səfər edəndə görüşlərimizdə də hamıya deyirdik ki, Qarabağın azadlığı bütün dünyada yaşayan azərbaycanlıların vahid iradəsindən keçir.

Bu iradə nümayiş etdirilməlidir. Dövlətlə bir yerdə fəaliyyət göstərilməlidir. Bu elə bir məsələdir ki, burada iqtidar, müxalifət, kimi istəyirəm, kimi istəmirəm söhbəti olmamalıdır. Bütün azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, Qarabağ məsələsi ilə bağlı bir araya gəlməlidir.

Qarabağın azadlığı yolu bundan ibarətdir. Ona görə də bu birliyin əldə olunması istiqamətində çox vacib bir  tədbirdir və hər kəs orada iştirak etməlidir. Hesab edirəm ki, onun əleyhinə çıxanlar Azərbaycanın, Qarabağın əleyhinə çıxırlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır