Modern.az

48 saylı Yevlax seçki dairəsindən şikayət təmin edilib  

48 saylı Yevlax seçki dairəsindən şikayət təmin edilib  

Aktual

22 Fevral 2020, 16:22

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 48 saylı Yevlax seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

 

O, qeyd edib ki, həmin dairədən qeydə alınmış namizəd Rüfət Hacıbəyli dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edib.

 

MSK katibinin sözlərinə görə, müraciət araşdırılıb, iddia olunan pozuntularının olması öz təsdiqini tapmayıb.

 

Komissiyanın ekspert qrupunun rəyi ilə Yevlax Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.

 

Beləliklə, R. Hacıbəylinin şikayəti qismən təmin edilib.

 

Qeyd edək ki, həmin dairədən qalib namizəd İlham Məmmədovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!