Modern.az

MSK 28 saylı Sabunçu seçki dairəsindən şikayəti təmin etmədi

MSK 28 saylı Sabunçu seçki dairəsindən şikayəti təmin etmədi

Aktual

22 Fevral 2020, 17:19

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu Üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb.

 


Modern.az xəbər verir ki, həmin seçki dairəsindən qeydə alınmış namizəd Tahir Poladzadənin şikayəti barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

 


MSK üzvü diqqətə çatdırıb ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən bundan əvvəl də şikayətlər daxil olub. Dairə haqqında əvvəlki şikayətləri də nəzərə almaqla, bütün məlumatları araşdırılıb.
MSK-nın ekspert qrupunun müzakirələri və ümumi rəyi əsasında namizədin şikayəti əsassız olduğundan təmin edilməyib.

Dairə Seçki Komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı