Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 6 saylı Culfa-Babək Seçki Dairəsi ilə əlaqədar müraciətə baxılıb.
Modern.az xəbər verir ki, dairədən qeydə alınmış namizəd Mətləb Aslanovun müraciəti haqqında məlumatı MSK üzvü Validə Kazımova səsləndirib.
O bildirib ki, müraciətdə seçkidə pozuntulara yol verildiyi iddia olunub.
Araşdırma zamanı müəyyən edilib ki, seçicilər sərbəst şəkildə səs verərək iradələrini ifadə edib, iddia olunan qanun pozuntuları öz təsdiqini tapmayıb. MSK-nın ekspert qrupunun rəyi ilə müraciət təmin edilməyib.