Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada koronavirusa yayılma hallarının sürətlə artdığını elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha çox yayılma halları İtaliya, İran, Cənubi Koreya və s. ölkələrdə qeydə alınıb.
Son sutka ərzində Çindən kənarda yoluxanların sayı 202 nəfər artaraq 1402 nəfərə çatıb. Daha çox yoluxma halları Cənubi Koreyada qeydə alınıb. Burada Çendu şəhəri və yarımadanın cənubunda yerləşən və xristian icmasının yaşadığı Tequ şəhərində yoluxanların sayı xeyli artıb.
İranda koronavirusa yoluxanların sayı 10-a çatıb. İtaliyada isə təkcə Lombardiya vilayətində xəstələrin sayı 46-ya çatıb. Onlardan 1-i regionun mərkəzi Milanda qeydə alınıb.
Çindən kənarda koronavirusdan ölənlərin sayı 11-ə çatıb. Yaponiya, Cənubi Koreya, İtaliya, Fransa, İran və Fillipində qeydə alınan ölüm hallar ilə yanaşı, Livan və İsraildə virusa yoluxma halları baş verib. Rusiya da daxil olmaqla, dünyanın 28 ölkəsi koronavirusla mübarizə aparır.