Modern.az

Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir?

Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir?

24 Fevral 2020, 12:41

Ötən gecədən başlayaraq Azərbaycanın işğal altındakı torplaqlarında Ermənistan ordusu döyüşə hazır vəziyyətə gətirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu təlimlər taktiki-düzülüş təlimləri çərçivəsində həyata keçirilib.

 

Təlimlər zamanı 3 mindən artıq hərbçinin zirehli texnika və artilleriya vasitələrinin müşaiyəti ilə yerdəyişmə etdiyi xəbər verilir.

Xatırladaq ki, bu səhər Ermənistan qoşunları Azərbaycanın Qazax rayonu istiqamətində atəşkəsi pozaraq, Dövlət Sərhəd Xidmətinin hərbçisini şəhid ediblər.  

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır