Modern.az

MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR

MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR

Aktual

25 Fevral 2020, 18:04

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 93 saylı Bərdə şəhər seçki dairəsindən müraciətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. O qeyd edib ki, şikayətçi həmin dairədən qeydə alınmış deputatlığa namizəd Ərəstun Baxşaliyevdir.

Namizəd seçki dairəsi üzrə pozuntuların qeydə alındığını iddia edərək, səsvermə nəticələrinin ləğv olunmasını xahiş edib.

 

MSK üzvünün araşdırması nəticəsində iddiaların əsassız olduğu aşkarlanıb. Tofiq Həsənovun təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə namizədin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, həmin dairədən lider namizəd Fatma Yıldırımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır