Modern.az

Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı

Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı

Dünya

27 Fevral 2020, 09:30

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 2918 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 459 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 43 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 38 ölkədə qeydə alınıb.

 

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78 mini ötüb, onlardan 2715 nəfəri ölüb, 29 mindən artıq insan isə sağalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü