Modern.az

Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı

Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı

Aktual

27 Fevral 2020, 10:23

Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədi ilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.

 

Modern.az “RİA Novosti”nin məlumatına görə, bu barədə krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Bundan əlavə, koronavirusun yayılması təhlükəsi olan ölkələrə turist vizalarının verilməsi də dayandırılıb.

 

Qeyd edək ki, 39 ölkədə 80 988 koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan 96,5 faizi Çində müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!