Modern.az

“Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi

“Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi

27 Fevral 2020, 11:04

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanın ölkəmizə quru yolla gediş-gəlişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi xəbərinə münasibət bildirib.

 

Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Natiq Axundov Modern.az-a bildirib ki, Azərbaycan tərəfindən Gürcütsanla sərhədə hər hansı məhdudiyyət qoyulmayıb:

 

“Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb, əvvəlki qaydada işləyir”.

 

N.Axundov qeyd edib ki, məhdudiyyət sırf Gürcüstan tərəfindən tətbiq edilir:

 

“Bu da İrandan Gürcüstana gələn vətəndaşlara qarşı tətbiq edilən məhdudiyyətdir. Bizim tərəfimizdən qapılar açıqdır, gediş-gəliş üçün heç bir problem yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var