Arxiv
27 Fevral 2020, 15:34 | AKTUAL
Prezident İçərişəhərlə bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə sərəncamda deyilir:

 

"2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur. 

 

İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

 

İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.

 

Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisi olmuş, eyni zamanda, Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan vermişdir.

 

Ötən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilmişdir. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına ölkəmizin daxil edilmiş ilk tarixi məkanı olduğunu nəzərə alaraq qərara alıram:

 

1.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin."

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
General Rusiyadan gələn azərbaycanlılara görə sərhədə getdi - Fotolar 4 Aprel 2020, 17:09 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01 İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi 4 Aprel 2020, 17:00 Prezident Vüqar Səfərlini işdən çıxardı 4 Aprel 2020, 17:00 Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM 4 Aprel 2020, 16:56 “Nə Ağcabədi, nə də Füzulidə koronaviruslu var” - Deputat Qarabağ bölgəsindəki vəziyyətdən DANIŞDI 4 Aprel 2020, 16:52 Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi 4 Aprel 2020, 16:43 Rusiya koronavirusa qarşı peyvəndi sınaqdan keçirəcək 4 Aprel 2020, 16:38 Təəssüf ki, qaydalara diqqətlə riayət edilmir - Pərvin Kərimzadə   4 Aprel 2020, 16:23 Goranboyda silah-sursat tapıldı 4 Aprel 2020, 16:14 SMS icazə sistemindən İSTİFADƏ QAYDALARI - VİDEO 4 Aprel 2020, 16:06 Aprel qələbəsinə dair onlayn konfrans keçirildi 4 Aprel 2020, 15:59 İqtisad Universiteti evlərdən distant təhsilə başlayır 4 Aprel 2020, 15:52 Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır 4 Aprel 2020, 15:42 Koronavirusla bağlı yeni videoçarx hazırlandı 4 Aprel 2020, 15:30 Maşını oğurlanan MSK üzvünün adı məlum oldu 4 Aprel 2020, 15:20 Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər - Allahşükür Paşazadə 4 Aprel 2020, 15:14 Binəqədidə tənha sakinlərə ərzaq yardımı edildi 4 Aprel 2020, 15:08 Bakıda “Whatsapp”la narkotik satan şəxslər həbs olundu -FOTO 4 Aprel 2020, 14:59 Pandemiya qurbanlarının sayı 60 mini ötdü 4 Aprel 2020, 14:50 Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 4 Aprel 2020, 14:41 Rusiyadan gələn azərbaycanlılar ölkəyə BURAXILDI 4 Aprel 2020, 14:36 Azərbaycanda 194 min çox insana evdən çıxmağa icazə verildi 4 Aprel 2020, 14:35 AŞPA həmməruzəçiləri Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımırlar 4 Aprel 2020, 14:26 Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər 4 Aprel 2020, 14:09 Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ 4 Aprel 2020, 13:47 Fransada 600 hərbçi koronavirusa yoluxdu 4 Aprel 2020, 13:45 Hava kəskin dəyişəcək - güclü külək, yağış, qar... 4 Aprel 2020, 13:30 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54