Arxiv
28 Fevral 2020, 23:55 | MƏDƏNİYYƏT
Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO

Azərbaycanın xalq artisti, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi Eldar Mansurov. Onun 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı dərhal populyarlıq qazandı. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir.

 

Eldar Mansurov nəslinin musiqi ənənələrini davam etdirən sənətçidir. O, 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə anadan olub.

 

Ulu babası Məşədi Məlik Bəy Mansurov görkəmli muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olub. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır.

 

Məşədi Məlik bəyin İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü ildə qeyd olunur. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşardı. Qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi-tədqiqi və geniş yayılmasında məclislər önəmli rol oynayıb.

 

Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları – Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı, muğamların gözəl bilicisi kimi tanınıb. Məşədi Süleyman bəyin oğlu Bəhram Mansurov isə muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçi olub. İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub.

 

1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər.

 

Eldar Mansurov atası Bəhram Mansurovun xatirəsinə “Bəhramnamə” əsərini həsr edib. Burada klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.

 

Eldar Mansurov orijinal sintez yaradaraq, əsərdə simfoniya, rok,  muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib.

 

Bəstəkarın qardaşı məşhur tarzən Elxan Mansurov tar çalmağı elə uşaq yaşlarından atası Bəhram Mansurovdan öyrənib.

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində uzun illərdir ki, solist-konsertmeyster vəzifəsində işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır.

Elxan Mansurov Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.

 

 

 

 

 

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00