Modern.az

Ukrayna 9 May Qələbə Günündən İMTİNA ETDİ

Ukrayna 9 May Qələbə Günündən İMTİNA ETDİ

29 Fevral 2020, 10:12

Ukrayna 9 may tarixində Qələbə Gününü qeyd etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu “Ukrayna 24” telekanalına müsahibəsində ölkənin Xarici İşlər naziri Vadim Pristayko deyib:

 

“İndi bizim mövqemiz olduğu kimi qalır: xeyr, biz 9 mayı qeyd etməyi planlaşdırmırıq. Biz, bütün Avropa kontinenti kimi, 75 ildən sonra bu faciənin niyə baş verdiyini başa düşməyə və bir-birimizi bağışlamağa hazırıq. Biz hesab edirik ki, şadlıq məhz bu istiqamətdə getməlidir”.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsi 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb. Qələbə günü postsovet ölkələləri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı