Modern.az

ABŞ-dan Türkiyəyə dəstək

ABŞ-dan Türkiyəyə dəstək

29 Fevral 2020, 10:28

"Əsəd rejimi, Rusiya, İran və Hizbullahın fəaliyyətləri Suriyanın şimalında atəşkəsin qarşısını alır". 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo İdlibdə Əsəd rejiminin türk əsgərlərinə hücumu ilə bağlı verdiyi yazılı açıqlamada qeyd edib.

 

Edilən hücumu "alçaq və utanmaz" adlandıran Pompeo ABŞ-ın Türkiyənin yanında olduğunu vurğulayıb.

"Həyatını itirən türk əsgərləri ilə bağlı Türkiyə dövlətinə başsağlığı göndərir və bu hücumu şiddətlə qınayırıq”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, Suriyada Əsəd rejiminin İdlib bölgəsində türk qoşunlarına hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Türkiyənin cavab olaraq endirdiyi zərbələr nəticəsində isə 309 rejim hərbçisi zərərsizləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir