Modern.az

Müsavat başqanı da Prezident Administrasiyasına dəvət olundu

Müsavat başqanı da Prezident Administrasiyasına dəvət olundu

29 Fevral 2020, 13:14

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyasına dəvət alıb.

 

Modern.az xəbər verir ki,  bu barədə o özü məlumat verib.

 

"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim. 

Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı bildirib.

 

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bundan öncə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və "REAL" Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü