Arxiv
3 mart 2020, 10:33 | QARABAĞ
PKK Qarabağda – Türkiyə anti-terror əməliyyatı başlada bilər

Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatına az qala bütün dünya dəstək verir.

PKK və bu kimi digər terror qruplaşmalarına qarşı yönələn mübarizə dünyanı təhdid edən təhlükələrin qarşısını almaqdan ötrüdür.  

Bu məqamda yada salmaq lazımdır ki, Türkiyə mətbuatı zaman-zaman PKK üzvlərinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçdiyi barədə məlumatlar dərc edib.

Demək ki, Türkiyə və müttəfiqləri terrorun kökünü kəsmək üçün Qarabağda da antiterror əməliyyatlarına başlaya bilərlər.  

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Modern.az-a açıqlamasında nəzəri olaraq Türkiyənin digər ölkələrin də dəstəyi ilə Qarabağda antiterror əməliyyatı həyata keçirməsinin mümkün olduğunu deyir:

 

“Nəzəri olaraq bu halın gerçəkləşəcəyini mümkün gösrəm də, reallığa qalanda hələ, bu məsələnin ola biləcəyini düşünmürəm.

Çünki praktik cəhətdən Türkiyə hazırki şəraitdə iki cəbhədə müharibə aparmaq istəməz. Türkiyə indi tamamilə Suriya məsələsinə köklənib. İkinci cəbhəni açmaq artıq Türkiyə tərəfi üçün çətin olar.

Suriyada stabilliyi təmin etmək mümkün olarsa, yeganə problem kimi Cənubi Qafqaz, Qarabağ məsələsi qaldığı halda, o zaman Azərbaycana daha yaxşı dəstək verilə bilər.

Onu da vurğulayım ki, Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstək verməsinə mane olacaq təkcə Rusiya deyil, həm də Qərbdir.

Ermənistan elə obraz yaradıb ki, əksər ölkələr onu sevir. Azərbaycan öz problemini özü həll edəcək və həll etmək iqtidarındadır da.

1990-cı ildə SSRİ dağılanda Azərbaycanda nə zabit heyəti var idi, nə ordu təcrübəsi. Sovetdən qalma mozaik bir şəkildə zabitlər olsa da sistemli ordu mövcud deyildi.

Hərbi təhsilimiz də yarımçıq idi, bu məsələdə Türkiyə bizə çox dəstək oldu. Bu dəstəyin özü də az deyil. Bu cür köməyi Azərbaycan sonradan daha da genişləndirib.

 

Azərbaycan hazırki situasiyadan necə istifadə edə bilər?

Hər bir hərbi səhnə yaxşı təcrübə meydanıdır. Ölkə olaraq hərbi ekspertlərimiz Suriyadakı məsələləri yaxından izləyib, nəticə çıxarmalıdır.

Hansı tank növləri hərbi meydanda özünü yaxşı doğruldur, onu öyrənmək lazımdır. Məsələn, dünən müşahidə etdim ki, Türkiyə Suriyada hərbi sahəyə dron əməliyyatları ilə bağlı yenilik gətirdi.

Məsələn, bu cür praktik məsələləri öyrənmək lazımdır ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə tətbiq etmək olsun”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06 Bu ölkədə koronavirusdan ölü sayında ən aşağı göstərici 24 May 2020, 20:50 Karantin yataqxanaları tamamilə boşaldıldı 24 May 2020, 20:36 Bərdədə minik maşını yandı 24 May 2020, 20:26 Ərdoğanın şeir oxuması böyük maraq doğurdu - VİDEO 24 May 2020, 20:14 Paşinyanın bayram təbrikinə Azərbaycan XİN-dən CAVAB: Riyakarlığın ən yüksək səviyyəsidir 24 May 2020, 20:03 Bir şəklin TARİXÇƏSİ: 23 yaşlı Məhəmməd Əmin və “Nicat”... 24 May 2020, 19:20 Təbrik XƏSTƏLİYİ 24 May 2020, 18:50 İranda daha bir zəlzələ - yaralılar var 24 May 2020, 18:05 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir 24 May 2020, 17:58 ABŞ-ın Almaniyadakı səfiri istefaya hazırlaşır 24 May 2020, 17:48 Yunanlar türk yaxtasına atəş açdı- Akardan sərt açıqlama 24 May 2020, 17:37 Dünyanın ən təhlükəsiz ölkələri bəlli oldu 24 May 2020, 17:24 Məni devirmək istəyirdilər - Netanyahu məhkəmə önündə 24 May 2020, 17:16 COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüldü 24 May 2020, 17:08 Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 24 May 2020, 16:58 “Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır 24 May 2020, 16:49 “Lufthansa” beynəlxalq uçuşları bərpa edir   24 May 2020, 16:40 Azərbaycanda koronavirus STATİSTİKASI: 4122 yoluxma, 2607 sağalma 24 May 2020, 16:28