Modern.az

Azərbaycan diasporu ermənilərin hədələdiyi jurnalistin MÜDAFİƏSİNƏ QALXDI - FOTO

Azərbaycan diasporu ermənilərin hədələdiyi jurnalistin MÜDAFİƏSİNƏ QALXDI - FOTO

4 Mart 2020, 14:54

“Moskvanın Azərbaycanlı İcması” Moskva vilayəti və Perm vilayətlərindəki icmalarla birlikdə Rusiya Baş Prokurorluğuna müraciət edəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar Baş prokuror İqor Krasnovdan “Nezavisimaya qazeta”nın əməkdaşı Lev Əsgərovun mühafizəsini gücləndirmək xahiş olunur. Rusiyadakı Azərbaycan diasporu jurnalistin “Sumqayıt faciəsi: Hər şey nədən başladı və necə oldu” başlıqlı məqaləsinə görə Rusiyadakı Ermənostan səfiri Vardan Toqanyan və erməni mənşəli media simaları tərəfindən ciddi təzyiqlərə məruz qaldığını önə çəkirlər.

 

Məqaləsində Lev Əsgərov arxiv materialları, həmçinin, SSRİ Baş Prokurorluğu yanında Xüsusi Cavib İşlər üzrə baş müstəntiq Vladimir Kaliniçenkonun xatirələrindən istifadə edib. Müəllifin faktlar əsasında iğtişaşların arxasında erməni millətçilərinin durmasını iddia etməsi Rusiyadakı səfir Vardan Toqanyanı qəzənləndirib. O, “Nezavisimaya qazeta”nın üzr istəyəcəyi təqdirdə belə, onları məhkəməyə verəcəklərini söyləmişdi. Sonradan qəzetin saytından eyniadlı məqalə çıxarılmışdı.   

 

“Moskvanın Azərbaycanlı İcması”nın sədri Şamil Tağıyev, “Moskva Vilayətinin milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, Perm diyarının Azərbaycan icmasının sədri Çingiz İsayev, Orenburq Azərbaycanlıları Konqresinin sədri İ.Kərimov və daha bir neçə diaspor strukturlarının rəhbərləri tərəfindən müraciətlər olunub.

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır