Modern.az

Komitə sədri: “Azərbaycan iqtisadiyyatı bundan da çətin günlərə hesablanıb”

Komitə sədri: “Azərbaycan iqtisadiyyatı bundan da çətin günlərə hesablanıb”

Parlament

17 Mart 2020, 10:24

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatının bu günü və eyni zamanda bundan da çətin günlərə hazırlanmağa hesablanıb”.

 

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.

 

O bildirib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur:

 

“Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz nəticəsini verir və bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neft qiymətinin indikndən də aşağı düşməsi ssenarisində Azərbaycan iqtisadiyyatını bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir