Arxiv
17 mart 2020, 21:14 | HADİSƏ
Mübariz Mənsimov həbsxanadan AÇIQLAMA yaydı

Azərbaycanlı milyarder, xeyriyyəçi, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün İstanbul Məhkəməsinin qərarı ilə həbs edilərək göndərildiyi cəza evindən vəkilləri vasitəsilə mediaya açıqlama ünvanlayıb.

Modern.az  xəbər verir ki, açıqlamada M.Mənsimov bir neçə aydır barəsində tərtib edilən kompramatlarla üz-üzə qaldığını bildirib.

“Məni FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqələrdə ittiham edirlər. Bunu düzüb-qoşan şərəfsizlər 2017-ci ildə də eyni ittihamla məni vurmaq istədilər. 2017-ci ildə haqqımda başladılan istintaqda hər şeyi incələdilər və 2019-cu ildə FETÖ/PDY ilə heç bir əlaqəmin olmadığı sənədlərlə ortaya qoyularaq, haqqımda başladılan istintaqa xitam verildi.

Həyatım boyu Azərbaycan və türk xalqı üçün çalışdım. Türk milliyyətçiliyim hər şeydən öndə gəldi”, - M.Mənsimov qeyd edib.

 

M.Mənsimov bildirib ki, bəzi neft şirkətlərinə qarşı başlatdığı və Londonda davam edən hüquqi proseslər var:

“O məhkəmə proseslərində qazanacağımı anladıqları üçün bu oyunları quraraq məni çəkindirməyə, qorxutmağa və məhkəmə çəkişmələrindən imtina etməyimə çalışırlar.

İş adamı olmağımı bir yana qoyun, bir ailənin evinə səhər tezdən basqın edib, 18 yaşlı qızımın yatdığı otağına belə girməyi özlərinə rəva görürlər.

Mənim Allahdan başqa kimsədən qorxum yoxdur, bunu hər kəs bilsin. Mənə edilən, haqqımda düşmənçiliklə aparılan bu istintaq bütövlükdə əvvəlcədən qurulmuş oyundan ibarətdir. Bunu mənə edənlərin kim olduqlarını bilirəm və hamısının necə pis işlər içində olduqları sənədlərlə, bir-bir ortaya qoyulacaqdır, buna kimsənin şübhəsi olmasın!

Mənə qarşı edilən hüquqdankənar addımlara etiraz olaraq hazırda aclıq elan etmişəm, yemək yemirəm və su içmirəm, dərmanlarımı belə atmıram. Az öncə əməliyyat olunmama və hələ müalicəmin davam etməsinə, doktorlarımın bu mövzuda məruzələrinə rəğmən, məni gözaltına alıb, iki gün saxladılar və indi heç bir dəlil-sübut olmadan həbs qərarı çıxarıb, cəzaçəkmə müəssisəsinə göndərirlər.

Belə çirkin bir ləkə ilə yaşamaqdansa, şərəfli bir ölümü seçib, özümü Allaha təslim edirəm. Haqq və ədalət gec-tez yerini tapacaqdır. Allah hamınızın yar və yardımçısı olsun”.

Qeyd edək ki, Mübariz Mənsimov 15 martda İstanbul polisi tərəfindən saxlanılıb. Onun evində və ofisində axtarış aparılıb. Bu gün isə M.Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

M.Mənsimov FETÖ-nun yüksək vəzifəli şəxsləri ilə əlaqələrdə ittiham olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 Bütün əhali evdən çıxmadan testdən keçirilsin - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50 ABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcək 4 Aprel 2020, 09:49 Cəbhədə gərgin gecə - Pulemyotlar susmadı 4 Aprel 2020, 09:39 ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08 Çində koronavirus qurbanlarının xatirəsi yad edildi 4 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan 4 Aprel 2020, 08:59 İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq 4 Aprel 2020, 08:54 Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu rayonlardandır - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36