Modern.az

Brent markalı neftin qiyməti 29 dollar oldu

Brent markalı neftin qiyməti 29 dollar oldu

İqtisadiyyat

17 Mart 2020, 22:47

Bu gün dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.

Modern.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşdü.

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı