Modern.az

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ anti-rekord qırdı - YENİLƏNİB

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ anti-rekord qırdı - YENİLƏNİB

Dünya

23 Mart 2020, 04:46

Mozambik, Dominika, Qrenada və Suriyada da ilk koronavirusa (COVID-19) yoluxma halı baş verib. 

 

Modern.az xəbər verir ki, bu ölkələrin hər birində 1 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da pandemiyanın yayıldığı ölkələrin sayı 192-yə yüksəlib. 

 

worldometers.info-nun statistik məlumatlarına əsasən, ötən gün dünyada 31,039 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 336,075 nəfər olub. Virusa yoluxan 97,636 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 223,826 şəxs müalicə alır.

 

Ötən sutka ərzində 1 600 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 14 613 nəfərə çatıb.


Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (8,576), İtaliya (5,560), İspaniya (3,107), Almaniya (2,509), Fransa (1,559) və İran (1,028) olub.

 

Ötən gün ən çox ölüm isə İtaliya (651), İspaniya (375), İran (129), ABŞ (114) və Fransada (112) baş verib.

 

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (5.476), Çin (3,261), İspaniya (1.756) və İrandır (1,685).

 

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,054) qeydə alınıb. İtaliya (59,138) ikinci, ABŞ isə (32,356) üçüncü sırada qərarlaşıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı