Modern.az

Çexiyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Çexiyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

23 Mart 2020, 09:10

Çexiyada bazar günü koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Böhran Vəziyyətinə Qarşı Mübarizə Mərkəzi Qərargahının sədri, Səhiyyə nazirinin müavini Roman Prımula məlumat verib.

 

O bildirib ki, ölən 95 yaşlı kişi koronavirusa yoluxsa da bir çox xəstəliklərdən də əziyyət çəkirmiş: “Lakin bütün hallarda ölümünün əsas səbəbi COVID-19 olub. Statistik olaraq bu ölüm Çex Respublikasında koronavirusdan ilk ölüm kimi qeydə alınıb”. 

 

Xatırladaq ki, Çexiyada koronavirusa yoluxma halı martın 1-də aşkarlanıb. Bu günədək 1120 nəfər virusa yoluxub. Son bir gündə isə 125 yoluxma təsdiqlənib. 6 nəfərin sağaldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir