Modern.az

Azərbaycanda daha 7 nəfərdə koronavirus tapıldı - OPERATİV QƏRARGAH

Azərbaycanda daha 7 nəfərdə koronavirus tapıldı - OPERATİV QƏRARGAH

Ölkə

23 Mart 2020, 15:57
 

Azərbaycanda 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

 

Qərargahdan Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

 

Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

 

 

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı