Modern.az

Polşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Polşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildi

28 Mart 2020, 00:58

Koronavirus pandemiyası (COVID-19) ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşlarının vətənə təxliyə olunması üzrə fəaliyyət davam etdirilir.

Modern.az  xəbər verir ki, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən verilən məlumata görə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib.

 

Məlumata görə, 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb:

“Bununla yanaşı LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb.

Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi