Arxiv
28 mart 2020, 21:32 | TƏHSİL
“Distant ali təhsil: 3 addım” - UNEC rektoru

Azərbaycan Dövlət İqtisad Universitetinin  rektoru, professor Ədalət Muradov distant ali təhsillə bağlı fikirlərini bölüşüb.

Modern.az  xəbər verir ki, rektor "Facebook" statusunda distant ali təhsil üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, qaydaların və vahid tələblərin hazırlanmasının vacibliyini bildirib.


1. DİSTANT TƏHSİL ÜZRƏ QAYDALAR.

 

Sirr deyil ki, distant ali təhsilə münasibət birmənalı olmayıb. Onun üstünlüklərini önə çəkənlərlə distant təhsilin zərərli olduğunu sübut etməyə çalışanlar arasında ciddi, hətta demək olar ki, barışmaz müzakirə və mübarizə aparılırdı. Koronavirus 21-ci əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi. İndi distant ali təhsil alternativ təhsil forması kimi gündəliyi zəbt etmiş və distant təhsilə deyil, distant təhsil tətbiq edə bilməyən təhsil müəssisələrinə, yumşaq desək, münasibət müsbət deyil. Ona görə də, distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilsə və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlansa yaxşı olar. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir.

2. DİSTANT TƏHSİLƏ VAHİD TƏLƏBLƏR.

 

Distant ali təhsilin necə olması haqqında müzakirələrə və vahid yanaşmaya ehtiyac duyulur. Bu da təbiidir. Belə ki, postkoronavirus dövründə ali təhsilin keyfiyyətilə bağlı bu və ya digər problemin məhz təhsilin distant forması ilə "izah ediləcəyi" istisna olunmur. Şübhəsiz ki, ilk növbədə təcrübə azlığı səbəbindən distant ali təhsilin tətbiqilə əlaqədar problemlər və qüsurlar qaçılmazdır. Bu zaman diqqətin distant təhsilin uğursuzluğuna deyil, həmin problemlərin həllinə və qüsurların aradan qaldırılmasına yönəldilməsi daha uyğun görünür. Ona görə də, düşünürük ki, distant ali təhsillə bağlı vahid tələblərin hazırlanması vaxtı yetişmişdir.

3. OFF-LİNE + ON-LİNE.

 

Postkoronavirus dövründə çox ehtimal ki, yenidən dərslərin ənənəvi formaya qaytarılması baş verəcək. Hesab edirik ki, distant ali təhsilin müəyyən müddət ərzində tətbiqindən sonra geriyə qayıtmaq yox, irəliyə addımlar atıla bilər. Bu baxımdan ali təhsilin təşkili zamanı ənənəvi və distant (off-line və on-line) təhsilin sintezi məsələsinin geniş təhlili məqsədəuyğundur. Düşünürük ki, postkoronavirus dövründə dərslərin təşkilinin yeni forması kimi, qarışıq və ya off-line+on-line müsbət addımlardan ola bilər.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17