Modern.az

 Bir nəfərin səhlənkarlığı milli fəlakətə gətirib çıxara bilər

 Bir nəfərin səhlənkarlığı milli fəlakətə gətirib çıxara bilər

Parlament

29 Mart 2020, 13:34

Cənab Prezidentimiz İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın Yeni Klinikanı istifadə üçün açmalarının, koronavirusa yoluxan xəstələrin burada müalicə almalarının təşkil edilməsinin və cənab Prezidentimizin nitqinin bir neçə baxımdan əhəmiyyəti var.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 

O prezidentin nitqini bir neçə formada izah edib:

 

"Birincisi, cənab Prezidentimiz ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirildiyini, həm həkim kadrları, həm də avadanlıq sarıdan yaxşılaşdırıldığını, müasirləşdirildiyini vurğuladı və gələcəkdə də əlavə işlərin görülməsini bir vəzifə olaraq müəyyənləşdirdi. İkincisi, koronavirus bəlasına qarşı Azərbaycan hakimiyyətinin dərhal çevik reaksiya verməsi və işin təşkil edilməsi rəhbərlərimizin idarəçilik bacarığının bir çox ölkələrdəkindən üstün olduğunu göstərdi. Üçüncüsü, dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, bütün xərcləri dövlətimizin öz üzərinə götürməsi bir daha göstərir ki, cənab Prezidentimizin siyasətində başlıca yerdə Azərbaycan vətəndaşının maraqları dayanır. Dördüncüsü, vətəndaşların cənab Prezidentimizin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna imkanları daxilində ianələr köçürmələri, dövlət qurumlarının istirahət mərkəzlərini, iş adamlarının isə otellərini karantin üçün vermələri təkcə bu gün deyil, gələcək üçün də bir gözəl nümunə yaratmışdır. Beşincisi, tarixi təcrübə də, müasir şərait də bir daha göstərir ki, ölkəmizdə dövlət hakimiyyətinin güclü olması siyasi baxışlarının fərqliliyindən asılı olmayaq, bütün vətəndaşların faydasınadır. Ona görə də bu dünyada fani olan bizlər əbədi olan müqəddəs dövlətimizin və uca millətimizin yanında daim olmalıyıq ki, bu bəladan az itki ilə çıxaq. Nəhayət, ayrı-ayrı şəxslər məsuliyyətli davranmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidirlər. Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti ağır milli fəlakətə gətirib çıxara bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı