Modern.az

“Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri

“Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri

Parlament

29 Mart 2020, 15:32

“Azərbaycanda ayrıca "Koronavirus haqqında" qanun layihəsini hazırlayıb qəbul etməyə ehtiyac yoxdur. Bu həm də vaxt itkisidir. Bununla bağlı sosial sifariş də yoxdur”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirus pandemiyası ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasının mümkünlüyü barədə danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bizdə məsələni tənzimləyən kifayət qədər hüquqi baza var:

 

“Bizim “Fövqəladə hallar haqqında”, “Sanitar-epidemoloji sağlamlıq haqqında” qanunlarımız var. Ötən iclasda Milli Məclisin iclasında mövcud qanunlara da əlavə və dəyişiklik etmişdik ki, karantin rejimini pozmağa görə cərimələr, o cümlədən Cinayət Məcəlləsinə dəyişiklik olsun ki, orada əksər məsələlər öz əksini tapsın”.

 

Musa Quliyev bəzi ölkələrin parlamentində koronavirusla bağlı qanun layihəsinin hazırlandığını da söyləyib:

 

“Bir neçə xarici ölkələr var ki, 9-10 maddədən ibarət koronavirusla bağlı qanun layihəsi qəbul ediblər. Ukrayna, Polşa kimi ölkələrin qəbul etdikləri qanunla tanışam. İndiki məqamda tələsik qanun qəbul edilməsi doğru deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər