Modern.az

Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq

Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq

29 Mart 2020, 23:54

"Real" futbolçularının maaşlarını kəsməyəcək.

Modern.az  APA-ya istinadən xəbər verir ki, "kral klubu" əzəli rəqibi "Barselona"dan fərqli olaraq, futbolçuların və işçilərin məvacibini tam ödəyəcək.

Madrid təmsilçisi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpa ediləcəyinə və maddi ziyanın bununla az olacağına ümid edir. "Real"da futbolçuların ümumi maaşı 283 milyon avrodur ki, bu "Barselona"dan 144 milyon avro azdır.

Qeyd edək ki, "Real" hazırda La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır