Arxiv
30 mart 2020, 11:34 | AKTUAL
Sağlamlığın təməl daşları - “Elə bir xəstəm olmayıb ki, bu 4 bitkidən birini yazmayım” - Xalq TƏBABƏTİ

Füzuli Hüseynov,
Herba Flora şirkətini aparıcı mütəxəssisi

Bəlkə də adını qeyri adi qoymuşam bu yazının, amma mənim fikrimcə bu 4 bitki həqiqətən sağlamlığımızın təməl daşlarıdır. Elə bir xəstəm olmayıb ki, bu 4 bitkidən birini yazmayım, həmişə də faydalarını görmüşəm və sizlərdən bu bitkilərdən həm tək-tək, həm də qarışıq formada bol-bol istifadə etməyinizi məsləhət görürəm: 1. QARAZİRƏ. 2. UD HİNDİ 3. ZƏNCƏFİL. 4. SARIKÖK

Əvvəlcə bu bitkilər haqqında tək-tək qısa məlumat verim, sonra bu bitkilərin birlikdə qarışımları haqqında yazım.

  • Qarazirə: Mükəmməl bir immunostimulyatordur, qarazirə qədər immun sistemini gücləndirən ikinci bir bitki tanımadım. Bütün dünya alimlərinin lobarotoriyalarda ən çox effekt aldığı bitki qarazirədir. Uşaqdan tutmuş qocalara qədər hamı istifadə edə bilər (yalnız hamilələrdən başqa)

  • Ud hindi: Bizim dildə hind budağı. Hindistanda bitir, haqqında möhtəşəm bir hədis var. Bütün xəstəliklərdə hicama ilə bərabər müalicəvi effekt göstərə bilir. İltihab, allergiya əleyhinə mükəmməl bir təsiri vardır.

  • Zəncəfil: Quranda adı çəkilən yeganə ədviyyatdır, zəncəfil qədər ürək-qan dövranını normallaşdıran, bədəndən soyuqluğu götürən, damarları təmizləyən, orqanların qidalanmasını yaxşılaşdıran ikinci bir bitki tanımadım.

  • Sarıkök: Bütün xəstəliklərin banisi hazırda bədən mühitinin turşu mühitə meyillənməsidir (bu daha çox qəbul etdiyimiz yeməklərdən asılıdır) desək yanılmarıq, bədəni qələviləşdirmək və qələvi mühitdə bizə əziyyət verən bir çox xəstəliklərin aradan qalxması üçün ən yaxşı bitkilərdən biri sarıkökdür.

  • Qarazirə+Ud hindi: Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar, bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: İmmunitet artırmaq üçün mükəmməl bir vasitədir. Şiş xəstəlikləri zamanı və bəd xassəli şişlərdən qaçmaq üçün istifadə edə biləcəyimiz ən yaxşı qarışımlardan biridir. Allergiyadan əziyyət çəkənlər üçün mükəmməl bir vasitədir. Bu qarışım insanı skleroz olmaqdan qoruyur, hormonal pozğunluğu, kistaları, miomaları, sağalmaz yaraları olanlar üçün faydalıdır. Şəkər xəstəliyi əleyhinə təsiri vardır. Astma bronxit olanlar üçün faydalıdır.

  • Qarazirə+Zəncəfil: Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Əzələ qıcolmaları, bədən soyuqluğu, dəri səpmələri, ürəkbulanma, köp, qrip uzun zaman daxili xəstəliklərin törətdiyi ağrılardan xilas olmaq üçün əla bir qarışımdır.

  • Qarazirə+sarıkök: Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Bu iki bitki birlikdə bütün şiş xəstəliklərinə təsirləri bir çox dünya alimləri tərəfindən sübut edilmişdir. Hər iki bitki bədəni qələviləşdirir, çox güclü antioksidantlardır. Xəstə olmayan insanlar belə arada 10-15 gün bu qarışımdan istifadə edin, uşaqlarınıza sevdirin, günümüzdə sənayenin qurbanları olmuş bədənimizi təmizləmək üçün mükəmməl bir qarışımdır.

  • Ud hindi+Zəncəfil. Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Bütün ürək qan damar xəstələri, yüksəlmiş qaraciyər fermentləri (ALT, AST, BİLRUBİN, TRİQLİSERİDLƏR, XOLESTERİN LİPİDLƏR və.s) üçün mükəmməl bir qarışımdır. Ürək damarlarının trombozu, miokard infarktı, aterosleroz xəstələri üçün əla bir qarışımdır. Bütün qurdlar əleyhinə təsiri vardır.

  • Ud hindi+Sarıkök: Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Hər iki bitki damarları elastikləşdirir, bizi gələcəkdə Als Haymer olmaqdan qoruyur (tam yaddaşsızlıq xəstəliyi), damarların içindəki ziyanlı xolesterini azaldır. Ağız acılığı olanlar üçün faydalıdır öd tərkibini durulaşdırır, köpü götürür, kəskin qastritdə istifadəsi məsləhət görülməsə də xroniki qastritdə istifadə edilməsi çox yaxşı nəticə verir.

  • Zəncəfil+Sarıkök: Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Hər iki bitki güclü antioksidantdır. Bağısaq, süd vəzisi, mədəaltı vəz xərçəngindən əziyyət çəkənlər üçün mükəmməl bir qarışımdır. Əllərdə, ayaqlarda səpmələr, dəri qaşınmaları, oynaq ağrıları, revmatoidli poliartit xəstələri üçün çox faydalı qarışımdır. Birlikdə istifadəsi ürəkbulanma üçün faydalıdır. Sinir ağrıları, bel, boyun, quluncolmalar üçün faydalıdır.

  • Qarazirə – 50 qram

    Ud hindi – 50 qram

    Zəncəfil – 50 qram

    Sarıkök – 50 qram

    Bal – 1 kq

    Bitkiləri toz formasına salıb, bal ilə qarışdırıb məcun hazırlanılır. Məcun çox güclü bir immunitet artırıcıdır. Prostat vəzi hiperplaziyasında, astma bronxitdə, revmatizmdə, revmatoidli poliartritlərdə, qan azlığında qan dövranı pozğunluqlarında, hepatitlərdə, xroniki bronxitlərdə, bədən soyuqluğunda və sairə kimi xəstəliklərdə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilməlidir.

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41 “Qarabağın 30 il işğal altında qalması bizim kimi Türkiyəni də alçaldır” - Deputat 27 May 2020, 20:33 “Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA 27 May 2020, 20:17 Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib 27 May 2020, 20:02 DİM: Buraxılış imtahanlarının keçirilməsinə başlanılır 27 May 2020, 19:41 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi - FOTOLAR 27 May 2020, 19:24 Deputat: "Dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır" 27 May 2020, 19:17 Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14