Modern.az

Bu şəhərdə insanlar evlərinə çəkildi, küçələrdə keçilər “ağalıq” edir

Bu şəhərdə insanlar evlərinə çəkildi, küçələrdə keçilər “ağalıq” edir

Dünya

31 Mart 2020, 19:51

Böyük Britaniyada koronavirusa görə boş qalan küçələri dağ keçiləri basıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Uelsin Llandudlo şəhərində baş vermiş hadisəni sosial media istifadəçiləri görüntüləyib və öz hesablarında paylaşıb.

 

Sürü halındakı bir neçə keçi boş küçələrdə gəzib və evlərin həyətindəki bitkiləri yeyib.

 

Sosial şəbəkə istifadəçiləri keçilərin adətən pis hava şəraiti ilə əlaqədar şəhərə endiyini, ancaq bu dəfə koronavirus səbəbi ilə boş qalan bölgənin içərilərinə doğru irəlilədiyini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?