Modern.az

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərləndi - 4-ü öldü

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərləndi - 4-ü öldü

2 Aprel 2020, 10:40

Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Qeyd edilib ki, zəhərlənənlərdən 4-ü dünyasını dəyişib.

 

Rəsmi məlumatda apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməz olduğu qeyd edilib:

 

“Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml  ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!