Modern.az

Rəsmi Bakı Venesuelaya başsağlığı verdi

Rəsmi Bakı Venesuelaya başsağlığı verdi

Aktual

25 İyun 2026, 13:42

Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

“Venesuelada baş vermiş, çoxsaylı insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olmuş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq”, - başsağlığında qeyd olunub.

Xatırladaq ki, Venesuelada baş verən 7.2-7.5 ballıq zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi