Modern.az

Çində matəm elan edildi

Çində matəm elan edildi

3 Aprel 2020, 08:27

Çin Xalq Respublikasının Dövlət Şurası koronavirus pandemiyasının qurbanları və onları xilas edərkən həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün ölkədə ümumxalq hüzn günü elan olunması barədə qərar qəbul edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Qərara əsasən, şənbə günü ölkədə, xarici diplomatik missiyalar ərazisində bütün bayraqlar endiriləcək. Bütün əyləncə tədbirləri ləğv olunub. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 06:00-da) ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.

 

Rəsmi statistikaya görə, 2019-cu ilin dekabrından Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir