Modern.az

Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü

Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü

3 Aprel 2020, 23:45

Fransada son bir sutkada 588 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mediaya açıqlama verib.

 

Onun sözlərinə görə, indiyədək xəstəxanalarda qeydə alınan ölümlərin ümumi sayı 5 mindən çox olub: "Martın 1-dən indiyədək xəstəxanalarda koronavirusdan 5091 nəfər həyatını itirib. Onlardan 588 nəfər son 24 saat ərzində dünyasını dəyişib. Hazırda xəstəxanada müalicə alan 27432 nəfərin 6 mindən çoxu reanimasiya şöbəsindədir. Bu günə qədər ölkədə 64 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb.
Pandemiyanın başlandığı gündən qocalar evində 1,5 min insan ölüb. Beləliklə, ölkədə ölənlərin ümumi sayı 6,5 mindən çox oldu”.


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi