Arxiv
4 Aprel 2020, 20:15 | AKTUAL
Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ

Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Milli qəhrəmanlar adından Prezident İlham Əliyevə müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir:

 

"Bütün dünyanı cənginə almış, hətta ən güclü Avropa ölkələrini diz çökdürmüş koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməmişdir. Şükürlər olsun ki, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində  bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik cavab vermiş, ilk xəstəlik faktının qeydə alındığı andan etibarən pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmış, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə yüksək səviyyədə təmin edilmiş, əhali arasında maarifləndirmə aparılmış, quru sərhədləri bağlanmış, aviareyslər təxirə salınmış, ölkə daxilində ciddi karantin rejimi tətbiq olunmuşdur. Xaricdən qayıdan vətəndaşlarımızın istisnasız karantinə alınması, ölkə üzrə onlarla xəstəxananın koronavirus xəstələrinin sərəncamına verilməsi belə bir vəziyyətdə olduqca təqdirəlayiq haldır. Bu gün dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilmişdir. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Sizin imzaladığınız müvafiq Sərəncamla böyük həcmdə maliyyə vəsaitinin ayrılması,  pandemiyadan zərər çəkmiş sahibkarlara və bu sahədə çalışanlara yardım göstərilməsinə dair göstəriş verməyiniz bir daha sübut etdi ki, dövlətimizin yürütdüyü siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan gələcəyi durur. Pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin yürütdüyünüz siyasətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən də təqdir edilməsi qürurverici haldır.

 

Hörmətli cənab Prezident!

 

Biz - Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15