Arxiv
5 Aprel 2020, 17:39 | AKTUAL
ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.

 

 

Bu barədə "ASAN xidmət"dən Modern.az-a verilən məlumatda bildirilib.

 

 

Rəsmi məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 494307 icazə qeydiyyata alınıb:

 

 

"Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

 

 

Qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi  yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında göndərilməsinə maneə törədir. Hər kəsi belə hallardan çəkinməyə çağırır və bildiririk ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər". 

 

 

"Vətəndaşlarımıza tövsiyə edirik ki, SMS müraciətlərini  30 dəqiqə və ya 1 saat öncədən həyata keçirsinlər. Cavab mesajı ən geci 1 saat ərzində gələcək. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Təsdiq mesajı aşağıdakı məzmundadır:

 

 

Nümunə: 2-ci indeks üzrə bu SMS-i aldığınız vaxtdan etibarən 2 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz".

 

 

"Təsdiq cavabı gəldikdən sonra müraciət edən vətəndaş olduğu yeri tərk edə bilər. Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzi və ya müvafiq mobil operatorların Çağrı Mərkəzlərinə müraciət edə bilərlər:

 

 

- Azercell -   *1111; şəhər nömrələrindən 012 490 49 49

- Bakcell - 555; şəhər nömrələrindən 012 498 89 89

- Nar - 777⁩; digər mobil operatorlardan və şəhər nömrələrindən 012 444 07 77

 

 

SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər. Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər.

 

 

Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

 

 

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar.

 

 

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək",-deyə bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava - 2 ölü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22 Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+ 6 İyun 2020, 19:14 Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü 6 İyun 2020, 19:05 İndoneziyada helikopter qəzası - 4 ölü 6 İyun 2020, 18:58 Dünya neft ehtiyatları 1,5 milyard barel artdı 6 İyun 2020, 18:47 Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi 6 İyun 2020, 18:38