Modern.az

Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB

Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB

Dünya

6 Aprel 2020, 17:35

Koronavirusla mübarizə məqsədi ilə dünyanın əksər ölkələri ordu qüvvələrini də prosesə cəlb edib. Bəzi ekspertlər bunu korinavirusa görə 3-cü Dünya Müharibəsinin başlanması hesab edirlər.

 

Ordular 1945-ci ildən bəri ilk dəfə kütləvi şəkildə səfərbər olur, humanitar aksiyalara və küçələrinm patruluna cəlb olunurlar.

 

Koronavirusun səngiyəcəyindən sonra dünyadakı iqtisadi və siyasi dəyişikliklərin, hərbi sahəyə də təsir göstərəcəyi, orduların təyinatı, gückü və zəif tərəfləri ilə bağlı yeni yanaşmanın ortaya qoyulacağı gözlənilir.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ordunu virusla mübariuzəyə cdəlb edən ilk ölkə COVİD-19-un vətəni sayılan Çin olub.

 

 

Hubey vilayətinin Uxan şəhərində baş qaldırna pandemiyaya qarşı hələ yanvarın 24-də Çin Mərkəzi Hərbi Şurasının qərarı ilə ordu qüvvələri cəlb olunmuşdu.

 

Uxan şəhərinə Çin ordusunun 300-dən artıq hərbi həkimi və tibbi qoşun hissələri cəlb olunmuşdu.

 

Virusla bağlı vəziyyətin kəskin pisləşdiyi İspaniyada da ordu hissələri situasiyanın sabitləşmədəsində aktiv iştirak edir. Baş nazir Pedro Sançes martın 23-dən ordu hissələrinin səhiyyə obyektlərinin maddi-texniki təminatının gückəndirilməsində və dəfn mərasimlərinin təşkilində rolunun gücləndirilməsin barədə sərəncam verib.

 

 

ABŞ prezidenti Donald Tramp xalqa müraciətində virusun ölkədəki mərkəzi sayılan Nyu-Yorka 1000-dən artıq hərbi həkim göndərdiyini söyləmişdi. O bu şəhərdə xüsusi dənf komandalarının da ezam olunduğunu əlavə edib.

“Onlar müharibəyə gedirlər. Heç zaman hazırlaşmadıqları döyüşə girəcəklər”-deyə Tramp söyləyib.

Bundan əvvəl, ABŞ Milli Qvradiyası Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında virusla mübarizəyə cəlb olunmuşdu. Paralel olaraq, Hərbi Dəniz Qüvvələrinin USNS Comfort tipli hospitalı bu mübarizəyə cəlb edilib.

 

Hazırda ABŞ ordusunun 1200-dən artıq hərbçisi koronavirusa yoluxub. Onlardan Milli Qvardiyanın Nyu-Cersidən olan döyüşçüsü martın 31-də vəfat etdi. Bu ABŞ ordusunun verdiyi ilk itki sayılır.

 

NATO-nun Litvadakı beynəlxalq batalyonunun 20 döyüşçüsündə, o cümlədən 2 hollandiyalı zabitdə də COVİD-19 tapılıb. Brüsseldəki NATO binasında isə mərkəzi aparatın 33 əməkdaşı virusa yoluxub.

 

 

 

Koronavirusdan ən çox insan itkisi ilə üzləşən İtaliyada isə ordu bütün sahələrdə tətbiq olunur. Lombardiya vilayətinin qubernatoru Atillio Fontanın göstərişi ilə martın 20-dən əsgərlər Milan küçələrində patrul çəkərək kanatin rejiminin qorunmasına cəlb ediliblər. Onlar küçələrə patrul etməsi ilə yanaşı, qəbirlərin daşınması və dəfnində də iştirak edirlər. İtaliya ordusunun 9 generalı, o cümlədən Baş Qərargah rəisi koronavirusdan əziyyət çəkir. Donanmada 10 şəxsi heyət üzvü də xəstəliyə yoluxub.

Böyük Britaniyanın Kiprdəki hərbi bazasında 3 zabitdə koronavirus tapılıb. Yunanıstanda isə hərbçi xəstəlikdən keçinib.

 

Misirdə isə martın 21-də ordunun general-amyoru COVİD-19-dan keçinib. İstail 23 əsgərinin, Ermənistan isə 6 əsgərinin xəstəliyin təsdiq edib. Çin, Rusiya kimi ölkələr isə orduda koronavirusa yoluxma hallarını gizli saxlayır.

 

 

Virusa yoluxanların sayı 6,3 min nəfəri keçən Rusiyada koronavirusla mübarizəyə ordu hissələrinin də cəlb olunması düşünülür. Bu məqsədlə martın 25-dən başlayaraq xüsusu poliqonlarda ordusunun tibb hissələrinin hazırlığı, ləvazimatlara ehtiyacı və onların aviasiya qüəvvələrinin köməkliyi ilə ucaq yaşayış məntəqələrinə operativ çatıdırılıması sınaqdan keçirilir.

 

 

Prezident Vladimir Putinin göstərişi ilə aparılan təlimlər zərurət yaranarsa, ordu hissələrinin mülki əlahiyə yardım etməsini də nəzərdə tutur.

 

 

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə martın 19-da çıxış edərək bundesverin (ordu) virusla mübarizəyə hazır olmasını anons etmişdi.

“Mülki xidmətlərin potensialı tükənəndə ordu virusla mübarizəyə qoşulacaq. Sanitar xidmət hospitallarda izolyasiya edilmiş palataların sayını 1200-ə çatdırıb. Ordudakı 3 min hərbi həkim də hər an virusla mübarizəyə qoşulmağa hazırdır”.

 

 

Virusla mübarizə aparan Pakistanda isə silahlı qüvvələrə mülki administrasiyaya yardım etmək barədə göstəriş daxil olub.

“Konstitusiyanın 245-ci maddəsinə əsasən, mülki administrasiyaya dəstək üçün Pakistan ordusu bütün ölkə boyu hazır vəziyyətə gətirilməlidir”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər