Modern.az

Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür

Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür

7 Aprel 2020, 10:30

Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

 

O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib: "Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib".

 

Ə.Nuriyev qeyd edib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb: "Ərzaqın keyfiyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaq gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı