Modern.az

Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək

Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”

Aktual

7 Aprel 2020, 11:40

“İşsiz vətəndaşlar aprelin 20-dək  xüsusi karantin dövründə portala daxil olaraq müraciət edə bilər”.


Modern.
az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov qeyd edib ki, bu müraciətlər kütləvi xarakter almamalıdır:

 

“Vətəndaşlar elə başa düşür ki, bu dəqiqə qeydiyyatdan keçməsələr, daha sonra birdəfəlik ödənişdən məhrum olacaqlar. Ümumilikdə dövlət məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınan vətəndaşlara pandemiyadan zərəçəkmiş kimi tanınaraq 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub. Burada işsiz şəxs statusunun kimə şamil edilməsi əsas məsələdir. İşsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Təəssüflə qeyd etmək istəyirik ki, bu tədbirdən istifadə etmək istəyən muzdlu şəxslər də, məşğul şəxslər də portala müraciət edirlər və bu da portalın əlavə yüklənməsinə səbəb olur”.

Onun sözlərinə görə, hazırda sistemin təkmilləşdirilməsi ilə bağlı iş həyata keçirilir:

“Problemlər çox qısa zamanda həll olunacaq. Yüklənmələrin və əlavə çətinliklərin qarşısını almaq üçün bu günlərdə rayonlar üzrə müraciətlərin qrafikini açıqlayacağıq. 
Dünəndən qarşılaşdığımız ən çox suallardan biri də odur ki, vətəndaşlarımız portalın adında çətinlik çəkir. Vətəndaşlar www.e-sosial.az portalına daxil olmalıdır.

Ödənişin verilməsində ünvanlılıq əsas götürülür. Ödənişin qlobal problemdən real əziyyət çəkən vətəndaşın ünvanına çatmasından söhbət gedir. Çünki bütün işsiz şəxslərə də bu birdəfəlik ödəniş verilməyəcək”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, təklifdə ailə üzvlərindən birinin bu xidmətdən yararlanması nəzrdə tutulub:

“Bundan başqa, təsdiq mesajının gəlib-gəlməməsindən asılı olaraq vətəndaşlar əmək pensiyası yaşına çatıbsa, onlara həmin gündən etibarən pensiya hesablanır və birdəfəlik ödənişin verilməsi nəzərdə tutulmayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır