Modern.az

Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək”

Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək”

7 Aprel 2020, 12:52

Respublikanın bəzi regionlarında təbiət aprel ayı üçün heç də xarakterik olmayan bir davranış göstərir. Belə ki, yaz aylarında görməli olduğumuz günəş, gül-çiçək əvəzinə qar və soyuq hava şəraiti ilə rastlaşırıq.

 

Maraqlıdır, bəs aprel ayında, xüsusən təbiətin oyandığı vaxt qarın yağması sonrakı məhsuldarlığa necə təsir göstərəcək? Nəzərə alaq ki, artıq bir çox ağaclar çiçək açıb.

 

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Modern.az-a açıqlmasında deyib ki, qarın yağması məhsuldarlığa şərait yaradacaq:

 

“Hal-hazırda istənilən yağıntı kənd təsərrüfatının əsas bitkiləri üzrə, dənli paxlalı bitkilər, payızlıq taxıl əkinləri üçün çox faydalıdır. Çünki yağıntı torpaqda nəm ehtiyatı, rütubət yaradır ki, bu da məhsuldarlığın bünövrəsini təşkil edərək, bitkinin normal inkişafı üçün şərait yaradır. İstənilən yağıntı kənd təsərrüfatı üçün xeyirlidir. Çünki su çatışmazlığı olan quraqlıq rayonlarımızın su ehtiyatı təmin olunur. Hazırkı şəraitdə yağıntılar məhsuldarlığa işarətdir. Hansı sahədə ki, payız taxılı, qarğıdalı, tütün və pambıq əkiləcək, o rayonlar üçün qar xüsusilə müsbət hadisədir”.

 

 İ.Cümşüdov şaxtalı havanın bəzi meyvələrə ziyan vuracağını qeyd edib:

 

“Amma şaxtalı hava davamlı müşahidə olunarsa, çiçək açan ağaclar, badam, ərik, alça və bu kimi meyvələrə ciddi ziyan dəyəcək. Aldığım operativ məlumata əsasən hələ ki, şaxtalı havanın davamlı olması ilə bağlı məlumat yoxdur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir