Modern.az

Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah

Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah

8 Aprel 2020, 18:25

Rayondan Bakıya gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

 

Onun sözlərinə görə, həmin şəxslərin xəstəxanaya gətirilməsi və evlərinə qaytarılması təmin olunur:

 

"Bunun üçün icazələr verilir. Onkoloji və digər ağır xəstələrin həkim nəzarətində olmasına şərait yaradılıb. Rayonlara və Bakıya gediş-gəlişin bağlanmasına baxmayaraq, bu məsələyə diqqət yetirilir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi