Modern.az

Siyasətçi bu səbəbdən prezident olmayacaq

Siyasətçi bu səbəbdən prezident olmayacaq

8 Aprel 2020, 20:01

Amerikalı senator prezidentlik yarışından çəkilib.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, 78 yaşlı Berni Sanders bu barədə məlumat açıqlayıb.

 

Məlumata görə, Berni Sanders 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərinə yarışa qatılacaq əsas namizədlərdən biri sayılırdı.  

Qeyd edək ki, senator Berni Sanders Demokratik Partiyanın üzvü olmasa da, onun adından prezidentliyə namizədlik uğrunda mübarizə aparıb (ABŞ qanunları buna icazə verir). Demokratik Partiyanın praymerizində onun rəqibi keçmiş vitse-prezident Co Bayden olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi