Modern.az

Milli Məclis toplaşdı

Milli Məclis toplaşdı

9 Aprel 2020, 11:05

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

 

Modern.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.

 

İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmir.

 

Öncə Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq. Daha sonra isə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Bundan əlavə, "Milli Məclis deputatının statusu haqqında", "Milli Məclisin Daxili Nizamnaməsi"nə, "Milli Məclisin komitələri haqqında" "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi