Arxiv
9 Aprel 2020, 18:09 | AKTUAL
Çingiz Qənizadə: “Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi”

“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi ərazisidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu ərazidə hər hansı bir seçki keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Məlum olduğu kimi, bu il martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində "prezident və parlament seçkiləri"nin keçirilməsinə cəhd olunub, lakin uğursuzluğa düçar olub. Həmişə olduğu kimi, bu dəfə də dünyanın heç bir ölkəsi, o cümlədən beynəlxalq təşkilatlar, hətta respublikamıza qarşı daim qərəzli olan qurumlar da bu qondarma seçkinin nəticələlərini tanımadı. Beynəlxaq hüquq normalarına zidd olan bu qeyri-qanuni seçkilərlə həm Ermənistan siyasi hakimiyyəti, həm də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi bütün dünyada özlərini gülünc vəziyyətə saldılar və işğalçı olduqlarını bir daha təsdiqlədilər”.

 

Bu fikirləri Modern.az-a Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, işğalçı ölkənin qondarma seçkini martın 31-də keçirməsi düşünülmüş və məqsədli şəkildə atılmış addımdır . Çünki həmin gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Ermənistan tərəfi də qondarma seçkilər keçirməklə dünya ictimaiyyətinin diqqətini törətdikləri vəhşiliklərindən, soyqırımı aktlarından yayındırmaq istəyir:

 

“İşğaıçı ölkə tərəfindən “seçkilər” adlandırılan bu şou beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü, qonşuluq və dostluq prinsiplərinə tamamilə ziddir. Məhz buna görə də dünya birliyi bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər”.

 

Ç.Qənizadə bildirib ki, Ermənistan bu qondarma seçkilərlə özünü gülünc vəziyyətinə qoydu. Çünki BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi qurum sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin beynəlxalq hüquq normalarına zidd olduğu bir daha təsdiqləndi:

 

“Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri -- ABŞ, Fransa, Rusiya bu saxta seçki şousunu pisləyərək, tanımadıqlarını bəyan etdilər. Həmçinin 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Türk Şurası, Türk Parlament Assambleyası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və digər ayrı-ayrı dövlətlər də bəyanatlar verərək seçkinin nəticələrini tanımadıqlarını bildirdilər".

 

Hüquq müdafiəçisi dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda qondarma rejimin saxta seçkilər keçirməklə beynəlxalq ictimaiyyətin nifrətini qazandığnı bildirdi.

 

Dedi ki, Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində artıq bütün dünya Dağlıq Qarabağ həqiqətlərini bilir:

 

“ Möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxalq tədbirlərdə, o cümlədən dövlət başçıları ilə görüşlərində tarixi faktlara əsaslanaraq, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın mövqeyini ortaya qoyub. Məhz bu uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün dünyanın əksər ölkələri Prezident İlham Əliyevin mövqeyini dəstəkləyir və Ermənistanı işğalçı ölkə kimi tanıyır. Bütün bunlardan sonra Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48