Modern.az

Körfəz ölkələrində koronavirusdan ölənlərin sayı artıb

Körfəz ölkələrində koronavirusdan ölənlərin sayı artıb

11 Aprel 2020, 09:58

Aprelin 10-da Körfəz ölkələrində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanında son bir sutka ərzində koronavirusdan 3 ölüm faktı qeydə alınıb. Bu ölkədə koronavirusdan həyatını itirənlərin sayı 47 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxanların ümumi sayı 3651 nəfərdir, ötən gün isə 364 insan yoluxub. Aprelin 9-da Məkkə və Mədinədə koronavirusa 168 yoluxma halı qeydə alınıb.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa 331 insan yoluxub, xəstələrin ümumi sayı isə 2990 nəfərə çatıb. Bundan başqa, COVID-19 virusundan daha 2 ölüm halı qeydə alınıb və xəstəlikdən həyatını itirənlərin ümumi sayı 14 nəfərdir. Dubay Əmirliyində karantin rejimini pozan 129 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunub.

 

 

Qətərdə ötən gün daha 136 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 2512 nəfərə çatıb, indiyədək altı nəfər dünyasını dəyişib, 226 nəfər isə tam sağalıb.

 

Küveytdə isə aprelin 10-da koronavirusa 83 nəfər yoluxub. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək ölkədə 993 yoluxma halı qeydə alınıb, 123 xəstə tam sağalıb, 19 nəfərin vəziyyəti isə ağırdır.

 

 

Oman Səhiyyə Nazirliyi son bir sutkada ölkədə daha 27 nəfərin koronavirusa yoluxduğunu, xəstələrin ümumi sayının 484 olduğunu bildirib. Sultanlıqda 41 yaşlı yerli sakin xəstəlikdən həyatını itirib. İndiyədək bu ölkədə 73 xəstə tam müalicə olunub, üç nəfər isə dünyasını dəyişib.

Bəhreyndə son bir sutkada koronavirusa 26 yoluxma halı qeydə alınıb, xəstələrin ümumi sayı isə 530 nəfərdir. Ötən gün bu ölkənin İrandan gələn 61 yaşlı yerli sakini COVID-19 virusundan həyatını itirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır