Modern.az

Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı AÇIQLANDI

15 Aprel 2020, 18:25

Azərbaycanda 6 həkim koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, həmin həkimlərdə virusa yoluxma halı qeydə alınıb.

 

R.Bayramlı bildirib ki, Cəlilabad Xəstəxanasında 10 nəfər həkimin koronavirusa yoluxması xəbərləri həqiqətə uyğun deyil:

 

"Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu".

 

TƏBİB rəsmisi əlavə edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və karantinə götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir