Modern.az

Azərbaycanda yerlibazlıq tendensiyası - Əvvəlki prinsiplər ARADAN QALXIR

Azərbaycanda yerlibazlıq tendensiyası - Əvvəlki prinsiplər ARADAN QALXIR

5 May 2020, 16:40

Mühüm rəhbər vəzifələrə eyni regionun nümayəndələrinin təyinatı təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də tənqid olunan haldır.
Bu baxımdan Azərbaycanda yerlibazlıq zaman-zanman müzakirə mövzusu olub. Bir sıra hallarda bu qüsurlu tendensiyaya görə hakimiyyət günahlandırılıb.

Amma son kadr islahatları bu məsələni təkzib edir. Yəni yeni təyin olunan kadrlar demək olar ki, hərəsi bir bölgədəndir.


Maraqlıdır, bu məsələ qəlibləşmiş düşüncəni arxa plana ata biləcəkmi?


Mövzu ilə bağlı Modern.az-a danışan telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli deyir ki, son illər aparılan islahatlar əvvəlki prinsipləri yoxa çıxarır:

 

“Əvvəllər səsləndirilən ittihamların ciddi səbəbi vardı. Çünki həqiqətən də vəzifəyə eyni bölgədən, eyni zümrəyə mənsub olan insanlar təyin olunurdular. Düzdür, onların arasında bacarıqlı, işgüzar olanlar da var idi. Amma təəssüf ki, çoxluq ümumilikdə yarıtmaz çalışırdı. İndi olan bir çox neqativ hallar həmin adamların qoyub getdiyi izlərdir. O əxlaq, davranış tərzi, yanaşma, bacarıqsızlıq və ölkənin istənilən durumunda yalnız öz mənafeyi haqqında düşünmək həmin  kadrlardan gəlmə bir haldır.
Son bir-iki ildə həyata keçirilən kadr siyasəti, yəni gənc və bacarıqlı kadrların vəzifəyə təyin olunması artıq əvvəlki prinsipləri yoxa çıxarır.

Yəni daha bölgə, klan məsələsi rol oynamır. İndi daha çox yaxşı təhsil almış, idarəçilik bacarığı olan şəxslər irəli çəkilir. Deməzdim ki, irəli çəkilən bütün kadrlar etimadı doğruldur, amma əksəriyyət cəmiyyətdə ixtisas bilikləri, idarəçilik bacarığı, həm də topluma açıq olmaları ilə rəğbət doğururlar. Düşünürəm ki, etimad göstərilən gənclər bunu doğrultmalıdırlar. Onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyətini irəli aparmaq tarixi missiyadır. Çoxluğun da arzusu odur ki, bu missiya ölkəmizi daha da möhkəmləndirib, uğur gətirsin”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər